BLOQ

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü FOTOREPORTAJ

Həmin gün dünyaca məşhur rusiyalı pianoçu Nikolay Kuznetsovun konserti baş tutub

  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 29-u Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü ilə əlaqədar tədbir keçirilib.

    Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə dünyaca məşhur rusiyalı pianoçu Nikolay Kuznetsovun konserti baş tutub.

    Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Çingiz Mustafayevin ailə üzvləri iştirak edib.

    Şəhid jurnalistin qardaşı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ailə üzvləri adından konsert iştirakçılarına öz təşəkkürünü bildirib.

    Daha sonra pianoçu Azərbaycandakı ilk ifasinda P. Çaykovskinin “İlin Fəsilləri” və M. Musorqskinin “Sərgidən Şəkillər” kompozisiyalarını təqdim edib.

    Sonda Vahid Mustafayev məşhur pianoçuya Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF fabrikinin xüsusi olaraq istehsal etdiyi saatı təqdim edib.