BLOQ

Mehriban düşmənlər, yoxsa Üçüncü Dünya müharibəsi

Gecə baş verənlərin nəticəsi nə oldu?

Mehriban düşmənlər, yoxsa Üçüncü Dünya müharibəsi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq İsraili vurdu. İndiyə qədər məlum olanlar:

    -  İran İsrailə 185 pilotsuz təyyarə, 36 qanadlı raket və 110 yer-yer raketi atıb.

    - İranın İsrailə hücumu 5 saat davam edib. İsrail rəsmilərinin sözlərinə görə, İranın pilotsuz təyyarələri və raketlərinin böyük əksəriyyəti uğurla vurulub.

    - PUA-ların kiçik bir hissəsi İraq və Yəməndən buraxılsa da, buraxılışların əksəriyyəti İrandan edilib.

    -  Tehran bildirib ki, o, regionda münaqişəyə can atmır, lakin İsrailin hərbi təcavüzü halında daha da güclü cavab verəcək.

    -  İsrailin ABŞ-ın köməyi ilə demək olar ki, bütün raketləri və pilotsuz təyyarələri vurmağa müvəffəq olduğunu deyən Bayden ABŞ-ın Yaxın Şərqdəki obyektlərinə və qüvvələrinə ziyan dəymədiyini bildirib.

    -  İsrail indiyədək hücuma Livanla sərhəd yaşayış məntəqələrinə artilleriya zərbələri və Livanın cənubunda raket zərbələri ilə cavab verib.

    -  Qərb ölkələri İranın hücumunu pisləyib, BMT-nin baş katibi dünyanın daha bir müharibəyə tab gətirə bilməyəcəyini bildirib və gərginliyi azaltmağa çağırıb.

    - İsrailin BMT-dəki daimi nümayəndəsi İranın təşkilatın nizamnaməsini pozduğunu bildirib və Tehranın hərəkətlərini pisləməyə çağırıb.

    - İsrailə dəyən zərər, ilkin hesablamalara görə, “nisbətən cüzi” olub, İran isə hücumu uğurlu adlandırıb.

    Gecə baş verənlərin nəticəsi nə oldu?

         İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi “Doğru vəd” əməliyyatının başa çatdığını bildirib. Ölkə bunu davam etdirmək niyyətində deyil.

         İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İranın hücumunu dəf etmək üçün aviasiya və hava hücumundan müdafiənin işini yüksək qiymətləndirib. “Təsirli müdafiə. İndi isə bizə sarsıdıcı hücum lazımdır”, - deyə o, "X"də yazıb.

    ANS PRESS