XƏBƏRLƏR / Hərbi

4 ay komada olan hərbçimiz şəhid olub YENİLƏNİR

Hacıəli Qasımov oğlu ötən il sentyabrın 19-da antiterror tədbirləri zamanı ağır yaralanmışdı

4 ay komada olan hərbçimiz şəhid olub YENİLƏNİR
Qasımov Hacıəli Tahir oğlu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:58

    MAXE Qasımov Hacıəli Tahir oğlu ilə Tovuz rayonu, Qaraxanlı kəndində vida mərasimi keçirilir.

    Onun nəşi doğulub boya-başa çatdığı Qaraxanlı kəndinə gətirilir.

    Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, Tovuz rayon ictimaiyyəti nümayəndələri və sakinlər iştirak edirlər.

    Şəhidimiz vida mərasimindən sonra Qaraxanlı kənd qəbirstanlığında dəfn olunacaq.

    Qeyd edək ki, onlar ailədə 4 övlad olublar. Onun əkiz qardaşı və iki bacısı var. H.Qasımov hərbi xidmətə qardaşı ilə birlikdə, 18 yaşında gedib. Həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirib.

    ***

    Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

    Bu barədə nazirlikdən bildirilib. 

    “Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan, müddətdən artıq hərbi xidmət edən (MAXE) hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

    Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib.

    Qeyd edək ki, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlunun cənazəsi Bakı şəhərindən doğulduğu Tovuz rayonun Qaraxanlı kəndində gətirilir.