40 ton un altıncı gündür Ağdam-Xankəndi yolundadır
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ərzaq Qarabağdakı erməni əsilli sakinlərə verilənə qədər ərazidə gözləyəcəklər
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün göndərilən ərzaq yüklü iki yük maşını Ağdam-Xankəndi yolunda altıncı gündür ki, gözləyir.
Ağdam-Xankəndi yolunda, Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının postunun yaxınlığında 40 ton un olan iki yük maşınından ibarət karvan var.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər gündüzlər dincəlib, ərazidə qurulmuş çadırlarda gecələyirlər.
Onlar Rusiya sülhməramlı kontingentinin (RSK) səlahiyyətli şəxslərinə təhvil verdikləri yükün keyfiyyət sertifikatını təqdim ediblər.
Cəmiyyət nümayəndələrinin sözlərinə görə, sülhməramlılarla danışıqlar davam edir və onlar Azərbaycanın Qarabağ bölgəsindəki erməni əsilli sakinlərə ərzaq verilənə qədər ərazidə gözləyəcəklər.