XƏBƏRLƏR / Nəqliyyat

60 avtomobil Laçın yolundan maneəsiz keçib

Yol açıqdır

60 avtomobil Laçın yolundan maneəsiz keçib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

    Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər maneəsiz keçid edib. Xankəndidən gələn 3 minik avtomobili Laçın istiqamətinə keçib. Səhər saatlarından indiyədək ümumilikdə RSK-ya məxsus 60 avtomobil maneəsiz keçid edib.

    Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

    Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 134 gündür davam edir.