XƏBƏRLƏR / Qayıdış

Laçınlılara evlərinin açarları təqdim olunub FOTO

İndiyədək Laçın şəhərində 1906 nəfərin daimi məskunlaşması təmin edilib

Laçınlılara evlərinin açarları təqdim olunub FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:12

    Mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan Laçına yola salınan ailələrə mənzillərinin açarları təqdim olunub.

    Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

    Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

    Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

    ***

    15:14

    Köç karvanı artıq Laçına çatıb. 

    Xatırladaq ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

    ***

    08:57

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı üzrə Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.


    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.