9 ay BKS-də ilişib qalan astronaftlar nəhayət Yerə qayıdır
Bu barədə "X" sosial şəbəkəsində NASA-nın mətbuat xidməti məlumat yayıb

Boeing Starliner kosmik gəmisindəki texniki nasazlıq səbəbindən doqquz aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan NASA astronavtları yenidən Yerə uçublar. Bu barədə "X" sosial şəbəkəsində NASA-nın mətbuat xidməti məlumat yayıb.
Amerikalı NASA astronavtları Nik Heyq, Buç Uilmor və Suni Uilyams, habelə rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu SpaceX Crew-9 kosmik gəmisi BKS-dən uğurla çıxarılıb.
“Crew 9” missiya heyəti Yerə qayıtmağa başlayıb”, - NASA-nın açıqlamasında deyilir.
Amerikalı astronavtlar Uilmor və Uilyams BKS-ə 5 iyun 2024-cü ildə gəliblər və onların Yerə qayıtması həmin ilin 14 iyununa planlaşdırılıb. Lakin helium sızması və Starliner-in dörd mühərrikinin sıradan çıxması missiyanı altı aydan çox gecikdirdi.
Payızda Williamsın xeyli çəki itirdiyinə dair məlumatlar ortaya çıxdı və bu, mütəxəssislərin narahatlığına səbəb oldu. NASA rəsmi olaraq bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geri dönüş tələb etmir.
Rus kosmonavt Qorbunov və astronavt Haaq 2024-cü ilin sentyabrında orbitə buraxılıb.