Abbas Əraqçi Azərbaycandakı səfiri hesabat verməyə çağırıb
Müctəba Dəmirçilu Tehran və Bakı arasındakı münasibətlərin hazırkı vəziyyətindən danışıb
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Görüşdə Tehran və Bakı arasındakı münasibətlərin hazırkı vəziyyəti, eləcə də gələcək perspektivlər müzakirə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərlə bağlı son inkişaflar və proseslər nəzərdən keçirilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.
1 dəqiqədən az