XƏBƏRLƏR / Siyasət

ABŞ Azərbaycan və Ermənistanı sülh sazişi imzlqmağa çağırıb

Bunu ənənəvi brifinq zamanı Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib

ABŞ Azərbaycan və Ermənistanı sülh sazişi imzlqmağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birləşmiş Ştatlar cümə axşamı bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhsevər addımları alqışlayır və tərəfləri “nə qədər tez, bir o qədər yaxşı” sülh sazişi əldə etməyə çağırır.

    "Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller TURAN sülh prosesinin hazırkı vəziyyəti haqqında sualını cavablandıraraq deyib.

    “Son bir il ərzində tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları əvvəlki danışıqlara əsaslanaraq  bu sürəti qoruyub saxlamağa təşviq edirik və sülh sazişi imzlqmaga çagırırıg”, - Miller bildirib.

    Eyni zamanda, o, Dövlət departamentin baş müşaviri Lui Bononun Ermənistana son səfəri və ordaki görüşlərinin təfərrüatlarını açıqlamaqdan çəkinib.