ABŞ Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edib
Luis Bononu ABŞ dövlət katibi Antoni Blinken təqdim edib
Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib. ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Luis Bono ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi təyin edilib.
"Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizin daha da inkişafına töhfə verəcək”, - Blinken bildirib.