XƏBƏRLƏR / Sağlamlıq

ABŞ-ın birinci xanımı koronavirusa yoluxub

72 yaşlı Cill Baydendən sonra ABŞ lideri üzərində aparılan testin nəticəsinin mənfi olduğu bildirilib

ABŞ-ın birinci xanımı koronavirusa yoluxub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Baydenin koronavirus testi müsbət çıxıb.

    72 yaşlı Cill Baydendən sonra ABŞ lideri üzərində aparılan testin nəticəsinin mənfi olduğu bildirilib. Qeyd edilib ki, Cozef Bayden bu həftə yenidən sınaqdan keçiriləcək və onun simptomları izlənəcək.

    Baydenin G20 sammitində iştirak etmək üçün cümə axşamı Hindistanın paytaxtı Dehliyə, bazar günü isə Vyetnamın paytaxtı Hanoya gedəcəyi gözlənilir.