XƏBƏRLƏR / Siyasət

ABŞ-ın Qafqaz danışıqları üzrə müşaviri Luis Bono Bakıdadır

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

ABŞ-ın Qafqaz danışıqları üzrə müşaviri Luis Bono Bakıdadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononu qəbul edib. Bu barədə XİN məlumat yayıb. 

    Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.

    Bayramov üçtərəfli bəyanat (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı) çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, öz qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini (Qazax və Naxçıvan Muxtar Respublikasında) işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

    Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyini deyən nazir  onların dərhal azad edilməsinin vacibliyini bildirib.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.