ABŞ Moskvada Bakı və İrəvan arasında danışıqlara dair
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bu barədə danışıb
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında normallaşma prosesini şərh edib. Bunu idarənin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.
“Biz hesab edirik ki, tərəflər arasında birbaşa danışıqlar böyük əhəmiyyət kəsb edir və onların Arlinqtonda, Brüsseldə və ya Moskvada keçirilməsindən asılı olmayaraq, onların baş tutmasına şadıq. Bu səylərə dəstəyimiz davam edəcək”, - deyə o, Moskvada keçiriləcək danışıqlara toxunaraq deyib.