Sülh müqaviləsi Alma-Ata bəyannaməsi əsasında imzalanacaq
Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov Moskvada söyləyib
“Rusiya İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasında maraqlıdır”. ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
S.Lavrov həmçinin bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına töhfə vermək üçün əlindən gələni etməyə hazırdır.
Rusiyanın xarici işlər naziri deyib ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması haqda Rusiyanın təklifi hər kəsə məlumdur.
Lavrov deyib ki, sülh müqaviləsi Alma-Ata Bəyannaməsi əsasında imzalanacaq.
"Tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər",- deyə Rusiya XİN başçısı vurğulayıb.