Danışıqların 3-cü raundu ilin sonuna qədər keçirilə bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada deyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı ilə Sergey Lavrovla görüşüb. ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. C.Bayramov bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinə dair danışıqların 3-cü raundu bu ilin sonuna qədər keçirilə bilər.
Bayramov həm də qeyd edib ki, Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanın istehsal etdiyi 2700 mina aşkar edilib ki, bu da Laçın dəhlizinin başqa məqsədlər üçün istifadə olunduğunu göstərir.