ABŞ bazar ertəsi Azərbaycanda müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib.
"Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik... Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində "TURAN"ın suallarını cavablandırarkən deyib.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - Miller əlavə edib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, nüfuzlu iqtisadçı alim (bu yaxınlarda ABŞ-ın Rutgers Universitetində çalışıb) polisin İbadoğlunun iyulun 23-də Bakıda yaşamadığı mənzilində 40 min dollarlıq saxta əskinaslar tapdığını iddia etdikdən sonra saxlanılıb.
Ailəsi bu pulların İbadoğluya aid olmadiğını bildirib.
Uzun illər xaricə getdikdən sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Azərbaycan hökuməti onu həm də Fəthullah Gülənin terror təşkilatı ilə əlaqədə də ittiham edib və bu absurd iddiadır (TURAN)