ABŞ Rəşt-Astara dəmir yoluna qarşı "tədbir görə" bilər
"Şimal-Cənub" marşrutu Azərbaycandan keçir və sanksiyalar Bakıya da təsir edə bilər
ABŞ Rusiya-İran dəmir yolu sanksiyalardan yan keçərsə, “tədbir görməyə” söz verib.
Dövlət Departamenti çərşənbə günü bildirib ki, Rusiya və İran arasında son dəmir yolu sazişini “monitorinq edəcək və diqqətlə yanaşacaq”.
TURANın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ Dövlət departamentinin sözçünün müavini Vedant Patel bildirib ki, sanksiyalardan yan keçmək üçün istənilən cəhd ABŞ-ın ciddi narahatlığına səbəb olacaq və Birləşmiş Şttatlar "istənilən addımlar atmaqdan çəkinməyəcək”.
Çərşənbə günü Moskva və Tehran Süveyş kanalı ilə rəqabət aparacaq və sanksiyaların qarşısını alacaq dəhliz olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayıblar.
“Mənim bu layihə ilə bağlı qiymətləndirməm yoxdur, amma bizim belə sərt sanksiyalar rejimimizin olmasının bir səbəbi var və onlardan keçmək cəhdləri bizi çox narahat edir” dedi.
Xatırladaq ki, bu yol Azərbaycandan keçir və sanksiyalar Bakıya da təsir edə bilər.