ABŞ: AZAL təyyarə qəzasının səbəbi Rusiyanın zenit atəşidır
Bu barədə “The Financial Times” yazır
“The Financial Times” yazır ki, ABŞ hakimiyyəti hesab edir ki, Rusiya zenit atəşi həqiqətən də Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasına səbəb ola bilər.
ABŞ rəsmisi bildirib ki, təyyarənin Rusiya zenit silahı tərəfindən vurulmuş ola biləcəyinə dair ilkin əlamətlər var.
Aviasiya riskləri üzrə ekspertlərdən ibarət özəl analiz şirkəti olan Osprey aviasiya təhlükəsizliyi agentliyi bildirib ki, “təyyarə qalıqlarının sonrakı videosu və Rusiyanın bu regionunda hava məkanının təhlükəsizliyi ilə bağlı vəziyyətlər təyyarənin hansısa zenit atəşi ilə vurulması ehtimalını göstərir."