Hindistanda hərbi təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
Bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus AN-32 nəqliyyat təyyarəsi Assamdakı Corhat hava bazasına eniş edərkən qəzaya uğrayıb. Beş nəfər ölüb.
Bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, pilotlardan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
1 dəqiqədən az