XƏBƏRLƏR / Təyyarə qəzası

Kreml hələ də Aktau qəzasının araşdırılmasını gözləyir

Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov danışıb

Kreml hələ də Aktau qəzasının araşdırılmasını gözləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Aktauda AZAL təyyarəsinin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır - Peskov

    Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib: “Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıyıq”.

    “Prezident Putin və prezident Əliyev iki dəfə telefonla danışıblar, istintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməkliklər göstərilib, prezident Putin üzr istəyib” - deyə Kremlin mətbuat katibi vurğulayıb.