"AZAL təyyarəsinin istintaqı məntiqi nəticəsini tapacaq"
Bunu Aktauda qəzaya uğrayan Embrayer 190 təyyarəsinin istintaqı haqda Baş prokuror Kamran Əliyev deyib

Hazırda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başlanılan istintaq davam edir.
Bu fikirləri Baş prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.
O, qeyd edib ki, istintaq həm Azərbaycan, həm Rusiya, həm də Qazaxıstanla əməkdaşlıq edir.
"Ümid edirik ki, bu işin də istintaqı məntiqi nəticəsini tapacaq".
Baş Prokuror jurnalistləri maraqlandıran bir sıra başqa məsələlərə toxunub:
- Hazırda iş adamı Adnan Əhmədzadənin istintaqı ilə bağlı əlavə məlumat vermək yersizdir. Adnan Əhmədzadənin işini araşdıran qurum məlumat yayıb. İstintaqın bu mərhələsində hər hansı əlavə məlumatın verilməsi istintaq taktikasına görə yersizdir.
- Yekaterinburqda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər təkcə Azərbaycan Prokurorluğu deyil, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır. Rusiya azərbaycanlılara qarşı güc tətbiqi və işgəncə ilə bağlı ayrıca araşdırma aparır. Biz Rusiya tərəfi ilə əsassız güc tətbiqi və işgəncə iddiaları ilə bağlı əməkdaşlıq edirik. İnanıram ki, bu araşdırma qanuni və məntiqli nəticə verəcək.