Qazaxıstan AZAL təyyarəsi ilə bağlı araşdırmaya davam edir
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildiriblər
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmasını davam etdirir.
Nazirlikdən bildirilib ki, "Azərbaycan Hava Yolları"na məxsus Embraer 190 4K-AZ65 təyyarəsinin iştirakı ilə baş verən qəza ilə bağlı istintaq komissiyası hazırda Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü Əlavəsində müəyyən edilmiş standartlara və tövsiyə olunan təcrübələrə uyğun olaraq işini davam etdirir.
İstintaq başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.
"Hesabatda qəzanın müəyyən edilmiş səbəbləri, eləcə də komissiyanın tapıntıları və tövsiyələri əks olunacaq", - nazirlik bildirib.
1 dəqiqədən az