XƏBƏRLƏR / Təyyarə qəzası

Qəzalı AZAL təyyarəsinin sərnişinləri Bakıya gətirilib FOTO

Bu barədə  AZAL-ın mətbuat xidmətindən məlumat verilib

Qəzalı AZAL təyyarəsinin sərnişinləri  Bakıya gətirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:45

    Pulkovo hava limanında uçuş-enmə zolağından çıxan AZAL-ın sərnişinləri ehtiyat reyslə Bakıya gətirilib.

    Bu barədə Sankt-Peterburqun Şimal-Qərb Nəqliyyat Prokurorluğu öz Telegram kanalında məlumat yayıb. Agentliyin məlumatına görə, reys Bakı vaxtı ilə saat 10:43-də uçub.

    ***

    08:21

    Uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.

    Bu barədə  AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

    Qeyd olunur ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.

    Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

    Təyyarə üç saat səmada dövrə vurub. O, üç dəfə yerə enməyə cəhd etsə də, dördüncüsünə nail olub.

    Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.

    Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.

    Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.

    AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.