XƏBƏRLƏR / Təyyarə qəzası

ABŞ-də bombardmançı təyyarə qəzaya uğrayıb: 8 ölü

Bu barədə CNN xəbər verib

ABŞ-də bombardmançı təyyarə qəzaya uğrayıb: 8 ölü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan "B-52 Stratofortress" strateji bombardmançısının 8 nəfərlik heyətin hamısı həlak olub.

    Bu barədə CNN xəbər verib.

    Məlumata görə, B-52 bombardmançısı planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

    Hadisə Mojave səhrasında, Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib.

    Qəzanın səbəbləri araşdırılır.

    ***

    15 iyun 2026-cı il

    23:26

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

    "FOX21 News Colorado" xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib.

    Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.

    Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

    Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.

    Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir.