ABŞ BP-yə "Şahdəniz"də Rusiya və İranla işləməyə izn verdi
Bu barədə "Bloomberg" məlumat yayıb
ABŞ BP-yə Azərbaycandakı Rusiya və İran tərəfdaşları ilə işləməyə davam etməyə icazə verib.
Bloomberg-in məlumatına görə, Vaşinqton BP-yə xüsusi lisenziyanı uzadıb və bu, ona Azərbaycandakı Şahdəniz layihəsinin bir hissəsi olaraq sanksiya altında olan Rusiya və İran şirkətləri ilə ödənişlər aparmağa imkan verib.
Konsorsiuma Rusiyanın "Lukoil" və İranın "NICO" şirkətləri daxildir, BP isə layihənin operatoru olaraq qalır. Sanksiyalara baxmayaraq, ABŞ layihə üçün məhdudiyyətlərdən faktiki olaraq azadolma hüququnu qoruyub saxlayıb.
1 dəqiqədən az