ABŞ-da terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb
Bu barədə CNN məlumat yayıb YENİLƏNİR
Nyu-Orleanda (ABŞ) terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb.
Bu barədə CNN telekanalı şəhərin tibbi ekspertizası Duayt MakKinanın açıqlamasına istinadən məlumat yayıb.
O qeyd edib ki, yarılma proseduru bir neçə gün çəkəcək - onlar başa çatdıqdan və yaxınlarına məlumat verildikdən sonra ölənlərin kimliyi açıqlanacaq.
Qeyd edək ki, bundan əvvəl hadisə zamanı 10-a yaxın ölü və 35 yaralı olduğu bildirilirdi.
***
01.01.2025-ci il
23:48
Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən iki gün əvvəl İgl-Pass şəhəri yaxınlığından Meksika sərhədindən keçərək ABŞ-a daxil olub.
Bu barədə BBC məlumat yayıb.
Telekanalın digər bir məlumatına görə isə, şübhəlinin adının Şəmsud Din Cabbar olduğu haqda məlumat yayıb. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib.
Hüquq-mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır.
***
17:05
ABŞ-ın Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.
Bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi bildirib.
Qeyd olunub ki, avtomobili insanların üzərinə sürən şəxslə atışmada iki polis əməkdaşı yaralanıb.
***
16:18
ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin insan izdihamının üzərinə sürülməsi nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə CNN məlumat yayıb.
İlkin məlumata görə, sürücü avtomobili qəsdən insanların üzərinə sürüb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.