XƏBƏRLƏR / Hərbi

ABŞ erməni hərbçilərinə təlim keçir VİDEO

“Eagle Partner 2024” adlanan təlimlər Ermənistanda bu gün start götürüb

ABŞ erməni hərbçilərinə təlim keçir VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.

    “Eagle Partner 2024” adlanan təlimlər Ermənistanda keçirilir. VİDEO

    Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Qanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.

    Təlimin açılış mərasimində Ermənistan müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin və başqaları iştirak ediblər.

    İyulun 15-dən 24-dək keçiriləcək təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.

    Qeyd edək ki, “Eagle Partner" təlimləri bu ilədək ABŞ ənənəvi olaraq Gürcüstanda keçirirdi.