XƏBƏRLƏR / Hərbi

Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.