ABŞ "Heyət Təhrir əl-Şam"ı terror qrupu siyahısından çıxardı
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb

ABŞ “Heyət Təhrir-əl-Şam” qruplaşmasını terror qrupları siyahısından çıxarıb.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qeyd edəki ki, bir müddət əvvəl ABŞ Suriyaya qarı sanksiyaları ləğv etmişdi.
Xatırladaq ki, “Heyət Təhrir əl-Şam” (HTŞ) Suriyanın şimal-qərbində fəaliyyət göstərən əsas islamçı qrupdur. O, 2017-ci ildə bir neçə fraksiya, o cümlədən əvvəllər “Əl-Qaidə”nin Suriyadakı qolu olan “Cəbhət Fateh əl-Şam”ın birləşməsi nəticəsində yaranıb.