XƏBƏRLƏR / Münaqişə

ABŞ-ın Kiyevdəki səfirliyi hava zərbələri xəbərdarlığı edib

Yaxın bir neçə gün ərzində və həftəsonu Rusiyanın gecə və gündüz hücumları riski artıb

ABŞ-ın Kiyevdəki səfirliyi hava zərbələri xəbərdarlığı edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Kiyevdəki səfirliyi avqustun 24-də Ukraynanın Müstəqillik Gününün qeyd olunması ilə əlaqədar Amerika vətəndaşlarına Rusiyanın hava zərbələri təhlükəsi barədə xəbərdarlıq edib.

    “ABŞ-ın Kiyevdəki səfirliyi qiymətləndirir ki, yaxın bir neçə gün ərzində və həftəsonu ərzində Ukraynanın Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar Rusiya pilotsuz təyyarələri və raketlərinin gecə və gündüz hücumları riski artıb”, - səfirliyin saytında deyilir.