
ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava adasında yerləşən bazasında baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.
Bu barədə "Kyodo" agentliyi Yaponiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
***
08:21
ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyanın Okinava adasında yerləşən bazasında güclü partlayış baş verib.
Bu barədə "NHK" telekanalı məlumat yayıb.
Partlayış nəticəsində Yaponiya Özünümüdafiə Qüvvələrinin bir neçə hərbçisi xəsarət alıb.
Məlumata əsasən, hadisə bazanın daxilində Yaponiya hərbçilərinin nəzarətində olan bir obyektin ərazisində baş verib.
Müdafiə Nazirliyindən olan yüksək vəzifəli şəxs qeyd edib ki, hadisə təhlükəli sayılan döyüş sursatlarının utilizasiya əməliyyatı zamanı qeydə alınıb.Hadisənin detalları və yaralananların vəziyyəti barədə araşdırmalar davam edir.
ABŞ tərəfi hələlik rəsmi şərh verməyib.