XƏBƏRLƏR / Hərbi

ABŞ İrana bu axşam hücum edə bilər... YENİLƏNİB

Birləşmiş Ştatların KC-135 yanacaq dolduran təyyarələri Qərb istiqamətində hərəkət edirlər

ABŞ İrana bu axşam hücum edə bilər... YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:25

    ABŞ və Qətər paytaxt Dohadan 40 kilometr aralıda yerləşən Əl-Udeid Hava Bazasında hava və raketdən müdafiə sistemlərini əlaqələndirmək üçün yeni koordinasiya mərkəzinin açıldığını elan etdilər.

    ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bildirib ki, yeni mərkəz ABŞ hava hücumundan müdafiə sistemlərinin əlaqələndirilməsində "əhəmiyyətli bir addım"dır. Çərşənbə axşamı yayımlanan açıqlamaya görə, Qətərdəki hərbi obyektdə 17 ölkədən mütəxəssislər iştirak edir.

    Ekspertlər qeyd edirlər ki, Qətərdə yeni hava hücumundan müdafiə koordinasiya mərkəzinin yaradılması, ABŞ-ın İranda artan etirazlar fonunda Tehrana mümkün hərbi zərbələr endirməyi nəzərdən keçirdiyi bir vaxta təsadüf edir.

    ***

    15:42

    Səkkiz Amerika KC-135 yanacaq dolduran təyyarəsi Havay adalarına eniş etdi.

    Bu ərazi əvvəllər ABŞ-ın Yaxın Şərqdəki İranın nüvə obyektlərinə hücumlarından əvvəl əsas dayanacaq nöqtəsi kimi istifadə edilmişdi.

    ABŞ-ın hərəkətlərinə əsasən, ekspertlər proqnoz verirlər ki, İrana hücumun bu axşam baş verməsi ehtimalı çox yüksəkdir...