Azərbaycan İsraildən Sky Dew radar aerostatını almaq istəyir
Bu barədə Azərbaycan KİV-ləri yazır
Azərbaycan mətbuatı Bakının İsraildən "Sky Dew" radar aerostatını almaq niyyətində olduğunu yazır.
Müqavilənin təfərrüatları və onun hansı mərhələdə olduğu barədə məlumat verilmir.
Dünyanın ən böyüyü olan Sky Dew (Tal Shamayim) radar balon sistemi Silah və Texnologiya İnfrastrukturunun İnkişafı Agentliyinin (MAPAT) Homa (Divar) Departamenti tərəfindən ABŞ Raketdən Müdafiə İdarəsi (MDA) ilə birlikdə hazırlanıb.
Sistem İsrail tərəfindən ABŞ-la birgə işlənib hazırlandığından, böyük ehtimalla Vaşinqtonun razılığı tələb olunacaq.