XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan müdafiə naziri ordu generalı Metin Gürakla hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 6-da Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. 

    Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığı vurğulanıb. Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əməkdaşlığın regionda sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.

    Sonda ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.