ABŞ İranı Nərgiz Mohammadini dərhal azad etməyə çağırdı
Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir
ABŞ Dövlət Departamenti insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Mohammadiyə əlavə 7,5 illik həbs cəzası ilə bağlı açıqlama yaydı. Departamentin məlumatına görə, "vəkillə əlaqəsi olmadan 59 gün həbsdə saxlanıldıqdan və səhhətinin pisləşməsindən sonra Mohammadi minimum ədalətli məhkəmə standartlarına cavab verməyən bir məhkəmə ilə üzləşdi".
Dövlət Departamenti öz bəyanatında İran hakimiyyətini Mohammadini və "bütün vicdan məhbuslarını" dərhal azad etməyə çağırdı.
1 dəqiqədən az