ABŞ İranın Naxçıvana dron hücumunu pislədi
Bu barədə Dövlət Departamenti məlumat yayıb
ABŞ İranın martın 5-də Azərbaycana qarşı Naxçıvanda həyata keçirdiyi təxribat xarakterli dron hücumunu qətiyyətlə pisləyib.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
"Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiv addımlarının əsassız şəkildə genişlənməsi deməkdir", - məlumatda deyilir.
Vaşinqton Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd edib ki, regiondakı tərəfdaş ölkələrin ərazilərinə qarşı hücumlar qəbuledilməzdir və belə hallarda ABŞ həmin tərəfdaşlara qətiyyətli dəstək göstərəcək.
1 dəqiqədən az