XƏBƏRLƏR / Münaqişə

ABŞ İsraildən danışıqlaradək İrana hücum etməməsini istəyib

Bu barədə İsrail mediası yazır

ABŞ İsraildən danışıqlaradək İrana hücum etməməsini istəyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ İsraildən danışıqlar zamanı İrana hücum etməməsini istəyib - Ynet

    ABŞ administrasiyası İsraildən Vaşinqtonun Tehranla danışıqları zamanı İrana qarşı birtərəfli hərbi əməliyyatlardan çəkinməsini istəyib. Bu barədə nəşr mənbələrə istinadən məlumat yayıb.

    Mənbələrə görə, ABŞ İsrailə gözləmək və "qabaqlayıcı zərbə kimi ehtiyatsız addımlar atmamaq" xahişini çatdırıb. Məqalədə qeyd olunur ki, iki ölkə arasında koordinasiya "çox yaxın, demək olar ki, görünməmiş dərəcədədir". Məqalədə qeyd olunur ki, "ABŞ-a və Amerika zabitlərinə səfər edən İsrail zabitlərinin sayı sadəcə inanılmazdır. Koordinasiya səviyyəsi görünməmiş dərəcədədir".

    Xatırladaq ki, ABŞ və İran arasında danışıqlar 6 fevralda Omanın paytaxtı Maskatda keçiriləcək.