XƏBƏRLƏR / Siyasət

ABŞ Nümayəndələr Palatası əleyhimizə olan düzəlişi rədd etdi

Düzəliş 907-ci maddəni işə salmağı və Maqnitski Aktı çərçivəsində sanksiyaları nəzərdə tuturdu

ABŞ Nümayəndələr Palatası əleyhimizə olan düzəlişi rədd etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Nümayəndələr Palatası yenidən Azərbaycan əleyhinə düzəlişi rədd edib.

    ABŞ Nümayəndələr Palatası Xarici İşlər Komitəsi Bred Şermanın "Dövlət katibinə müəyyən xarici siyasət məsələləri üzrə tədbir görməsini təyin etmək" qanun layihəsinə təklif etdiyi Azərbaycan əleyhinə düzəlişi rədd edib.

    Düzəliş 907-ci maddəni işə salacaq və Maqnitski Aktı çərçivəsində sanksiyaları nəzərdə tuturdu.

    Lakin, Respublikaçıların çoxluq təşkil etdiyi komitəyə rəhbərlik edən respublikaçı, Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri Brayan Mast 907-ci maddəni tətbiq edən müddəaya görə düzəlişi orijinal formada qəbul edə bilməyəcəyini bildirib.

    Daha sonra Şerman 907-ci maddənin tətbiqi və Maqnitski Aktı çərçivəsində mümkün sanksiyalarla bağlı müddəaları mətndən çıxarmağa razı olub.