XƏBƏRLƏR / Diplomatiya

ABŞ səfirliyi Xocalıda həlak olanların xatirəsini yad edib

"Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq"

ABŞ səfirliyi Xocalıda həlak olanların xatirəsini yad edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.

    Bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib.

    “ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, - səfirlikdən bildirilib.