ABŞ Senatina tarixdə ilk dəfə müsəlman Əbdül Əl-Sayed seçilb
Erənipərəst Demokrat namizəd Konqresin yuxarı palatasına Miçiqandan seçilib
Demokrat namizəd Əbdül Əl-Sayed ABŞ Senatına seçkilərdə Miçiqandan qalib gələrək ABŞ Konqresinin yuxarı palatasına seçilmiş ilk müsəlman olub:
Əbdül Əl-Sayed C.D. Vensə müraciət etdi:
"C.D., əzizim, bunun müəyyən bir zərif ironiyası var. Konstitusiyaya görə, yanvar ayında məni and içdirəcək sən olacaqsan".
Əbdül Əl-Sayed Donald Trampa müraciət edib:
"Donald, qulaq as, bilirəm ki, adım sənin üçün çətindir. Ona görə də C.D. yanvar ayında məni and içdirdikdən sonra məni sadəcə senator adlandıra bilərsən".
Qeyd edək ki, seçki kampaniyası Tramp və Vensin sərt hücumları ilə yadda qalıb: onlar onun baxışlarını, müsəlman inancını tənqid ediblər və ABŞ-a sədaqətini şübhə altına alıblar. Tramp həmçinin onun adını dəfələrlə lağa qoyub.
Bizim üçün Əl-Səidin erməni lobbisini maliyə dəstəyi ilə Azərbaycan əleyhinə mövqeyi xüsusilə diqqətəlayiqdir. O, ictimai çıxışlarında "ermənilərin təhlükəsizliyi və öz müqəddəratını təyin etməsi"ni müdafiə edib. Bundan əlavə, ermənilərin ANCA təşkilatının göstərişi ilə siyasətçi Amerikanın Azərbaycana hərbi yardımını tənqid edərək bunu "ermənilərə qarşı hərəkətlər fonunda beynəlxalq hüququn pozulması" adlandırıb.
1 dəqiqə