"ABŞ Suriyadakı kürd qüvvələri ilə əməkdaşlığı dayandırsın"
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan tələb edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi bildirib ki, Ankara Birləşmiş Ştatların Suriyadakı kürd qüvvələri ilə bağlı mövqeyini dəyişməsində israr edir.
“Biz amerikalı həmkarlarımıza daim xatırladırıq ki, Suriyadakı bu terror təşkilatları ilə əməkdaşlığı dayandırmalıdırlar”, - deyə Qərb mediası onun sözlərini sitat gətirib. “Bu məsələ ilə bağlı təmaslarımız daha tez-tez olub. Biz görürük ki, Birləşmiş Ştatlar da daha tez-tez məsləhətləşmələrə və danışıqlara sadiqdir”.