XƏBƏRLƏR / Sosial şəbəkə

ABŞ və Çin TikTok ilə bağlı razılığa gəliblər

Bu barədə Çinin "Xinhua" agentliyi xəbər verir

ABŞ və Çin TikTok ilə bağlı razılığa gəliblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Madriddə keçirilən ticarət danışıqlarından sonra Çin və ABŞ TikTok ilə bağlı məsələlərin həlli ilə bağlı əsas çərçivə konsensusa gələ bildilər, - "Xinhua" xəbər verir.

    Qeyd edilir ki, konsensus “əməkdaşlıq, investisiya maneələrinin azaldılması və müvafiq ticarət-iqtisadi əməkdaşlığın təşviqi yolu ilə” əldə edilib. Bəyanatda deyilir ki, daha sonra tərəflər müvafiq yekun sənədlər üzrə məsləhətləşmələr aparacaq və onların təsdiqi üçün lazımi ölkədaxili prosedurları həyata keçirəcək.