Fransada 15 yaşdan kiçik uşaqlara sosial media qadağası
Fransa parlamentinin bu qanun layihəsini təsdiqləməsi haqda Reuters xəbər verir
Fransa Milli Assambleyası 15 yaşdan kiçik uşaqlar və yeniyetmələr tərəfindən sosial mediadan istifadəni qadağan edən qanun layihəsini təsdiqlədi - Reuters
130 deputat sənədin lehinə, 21 deputat isə əleyhinə səs verib.
Qanun layihəsi onlayn platformaların istifadəçiləri üçün məcburi yaş təsdiqlənməsini tələb edir.
Qanun layihəsi onlayn zorakılıq və zehni sağlamlıq riskləri ilə əlaqədar artan narahatlıqlar fonunda dəstəklənib.
Qeyd edək ki, Fransanın qadağası Avstraliyanın nümunəsini fonunda baş verib. Avstraliyanın sosial media qadağası Böyük Britaniya, Danimarka, İspaniya və Yunanıstan da daxil olmaqla ölkələrdə araşdırılır.
1 dəqiqədən az