Rusiyanın "V kontakte" şəbəkəsi 42 mln dollar zərərə düşüb
Şirkət iflasa uğradığını gizlətmək üçün ancaq gəlirləri haqda məlumat yayır
Rusiyanın "V kontakte" (VK) sosial şəbəkəsi yerli bazarda inhisarçı olmağına (xarici şəbəkələrin əksəriyyəti Rusiyada qadağan edilib) baxmayaraq sürətlə müflisləşəyə gedir.
Şirkət 2026-cı ilin ikinci rübündə mənfəətinin 328 milyon rubl (3 mln 907 min ABŞ dolları) təşkil etdiyini bəyan edib.

Lakin TBank saytının yaydığı məlumata görə, VK-nın ilin birinci yarısında (1-ci və 2-ci rüblər birlikdə) xalis zərəri 3,846 milyard rubl (45 mln 818 min ABŞ dolları!) təşkil etmişdir.
Qeyd edək ki, "VKontakte" sosial şəbəkəsinə və onun idarəedici holdinq şirkəti olan "VK"-ya 2021-ci ilin dekabr ayında bu vəzifəyə təyin olunmuş baş direktor Vladimir Kiriyenko rəhbərlik edir.

Vladimir Kiriyenko Rusiya Federasiyası Prezidentinin İcra Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur.
1 dəqiqədən az