XƏBƏRLƏR / Sosial şəbəkə

YouTube İranın ivrit dilində ilk sənədli filmini silib

Bu barədə İranın "Tasnim" xəbər agentliyi xəbər verir

YouTube İranın ivrit dilində ilk sənədli filmini silib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "YouTube" "İran-İsrail müharibəsi" haqqında ivrit dilində ilk İran sənədli filmini silib.

    İran xəbər agentliyi "Tasnim" xəbər verir ki, İsrail auditoriyası üçün nəzərdə tutulmuş sənədli filmini yayımlanmasından bir neçə saat sonra silinib.

    Agentliyin məlumatına görə, film rəsmi "YouTube" kanalında yerləşdirilib və İsrail ilə İran arasındakı müharibəyə yönəlib. "Tasnim" bildirib ki, ""YouTube" bu addımı sionist rejimi dəstəkləmək üçün atıb".