XƏBƏRLƏR / Sosial şəbəkə

Suriya lideri "X"-də ilk paylaşımını etdi

Əhməd əş-Şaraa sosial mediada ilk rəsmi hesabını yaradıb

Suriya lideri "X"-də ilk paylaşımını etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriya Prezidenti Əhməd əş-Şaraa "X"-də ilk paylaşımını edib.

    Suriya Prezidenti Əhməd əş-Şaraa sosial media platforması "X" (keçmiş "Twitter") üzərindən ilk rəsmi hesabını yaradaraq Suriya xalqına və bir sıra dünya liderlərinə təşəkkür ünvanlayıb.

    Şaraa paylaşımında Sezar sanksiyalarının tam ləğvindən sonra Suriya xalqını təbrik edib, bu prosesə töhfə verən Türkiyə, ABŞ, Qətər və Səudiyyə Ərəbistanına minnətdarlığını bildirib. O, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəyə görə ayrıca təşəkkür edib.