ABŞ rəsmisi "Axios"-a verdiyi məlumatda bildirib ki, ABŞ və İran qarşılıqlı hücumları dayandırmaq, danışıqları bərpa etmək və gəmilərin Hörmüz boğazından təhlükəsiz şəkildə keçməsinə icazə vermək barədə razılığa gəliblər.
Mənbə bildirib ki, "(Anlaşma memorandumunun) bütün tərəfləri üzrə texniki danışıqların davam etdirilməsi planlaşdırılır. Hər iki tərəf müvəqqəti olaraq hərbi əməliyyatları dayandıracaq və gəmilərin [boğazdan] sərbəst keçməsinə icazə verəcək".
Mənbənin "Axios"-a verdiyi məlumata görə, danışıqlar sabah Qətərin paytaxtı Dohada davam etdiriləcək.
Tehran hələlik bu xəbərə münasibət bildirməyib və İslam Respublikasının gələcək danışıqlarla bağlı mövqeyi məlum deyil.
1 dəqiqədən az