XƏBƏRLƏR / Münaqişə

ABŞ və İran birbaşa telefon danışıqları aparıblar

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi bir neçə dəfə telefonla danışıblar

ABŞ və İran birbaşa telefon danışıqları aparıblar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Reuters bir neçə diplomata istinadən xəbər verir ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi İran-İsrail münaqişəsi başlayandan bəri bir neçə dəfə telefonla danışıblar. Nəşr qeyd edir ki, bu həftəki danışıqlar apreldən bəri ən məzmunlu danışıqlar olub.

    Nəşrin mənbələrinin məlumatına görə, İranın xarici işlər naziri bildirib ki, İsrail öz ərazisinə zərbələri dayandırmayınca bu ölkə danışıqlara qayıtmayacaq. Agentliyin həmsöhbətləri Əraqçidən sitat gətirirlər ki, ABŞ öz müttəfiqinə təzyiq göstərməlidir, o zaman Tehran "nüvə məsələsində çeviklik göstərə bilər". Danışıqların bu raundu (zəngin təşəbbüskarı Vaşinqton idi) ABŞ-ın İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq təklifini müzakirə etmək idi.

    Tehran əvvəllər belə bir təşəbbüsü rədd etmişdi, lakin İran hakimiyyətinə yaxın mənbənin sözlərinə görə, Əraqçi deyib ki, əgər Vaşinqton İsrailə təzyiq göstərsə və hərbi kampaniyanı dayandırmağa kömək etsə, İran “üzüyola ola bilər”.