XƏBƏRLƏR / Kriminal

Abşeronda 52 yaşlı kişi öldürülüb

Hadisə Fatmayı qəsəbəsində qeydə alınıb

Abşeronda 52 yaşlı kişi öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron rayonunda 52 yaşlı kişi qətlə yetirilib.

    Hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

    Mehdiabad qəsəbəsinin sakini İftixar Həşimov qətlə yetirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 1978-ci il təvəllüdlü Məmmədov Kənan Rəsul oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.