XƏBƏRLƏR / Kriminal

Acarıstan hökumətinin keçmiş sədri güllə yarası alıb

Bu barədə "Sputnik Gürcüstan" xəbər yayıb

Acarıstan hökumətinin keçmiş sədri güllə yarası alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Acarıstan hökumətinin keçmiş sədri Tornike Ricvadze güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin məlumatına görə, o, Gürcüstanın şərqindəki Saqareco şəhərində yerləşən "Geo Hospitals" klinikasına aparılıb. Onun ağciyəri zədələnib, vəziyyəti stabil, lakin ağır kimi qiymətləndirilir.

    Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə araşdırma başlanılıb. Bundan başqa, odlu silahı ehtiyatsızlıqla saxlamaq ittihamı ilə bir nəfər həbs edilib. Digər təfərrüatlar dəqiqləşdirilir.